Haluk Leventin zəlzələ qurbanları üçün tikdirdiyi EVLƏRİN GÖRÜNTÜSÜ
12-01-2024, 16:04
897

Haluk Leventin zəlzələ qurbanları üçün tikdirdiyi EVLƏRİN GÖRÜNTÜSÜ

Müğənni Haluk Leventin rəhbəri olduğu "AHBAP" xeyriyyə cəmiyyətinin Malatyada zəlzələ qurbanları üçün inşa etdirdiyi evlərin görüntüləri yayılıb.
Türkiyə KİV xəbər verir ki, bu barədə Haluk Levent özü məlumat yayıb. O ikimərtəbəli evlərin görüntsünü paylaşaraq inşa işlərinin bitdiyini deyib:
"Dövlət bizə torpaq verdi və infrastruktur yardımı etdi. Biz öz evlərimizi inşa etdik. Son olaraq ətrafda səliqə-səhman yaratmaq qaldı".
Qeyd edək ki, 6 fevral 2023-cü ildə Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil bölgəsində Türkiyə vaxtı ilə saat 04:17-də güclü zəlzələ baş verib.
10 rayonda yerləşən bina və həyət evləri dağılıb. Təxminən 380 000 insan sığınacaqlara və ya otellərə yerləşdirilib.






Oxşar xəbərlər