73 yaşlı qadının qarnından 35 illik DÖL ÇIXARILDI - FOTO
13-01-2024, 13:45
1 658

73 yaşlı qadının qarnından 35 illik DÖL ÇIXARILDI - FOTO

Həkimlər qarın ağrısından şikayət edən yaşlı qadının bətnində 35 yaşlı daşlaşmış döl aşkar ediblər.
Bu barədə "Daily Star" xəbər portalı məlumat yayıb.
Belə ki, 73 yaşlı qadının mədəsinin rentgen müayinəsi zamanı həkimlər təxminən yeddi aylıq və 2 kq ağırlığında olan dölün şokedici fotoşəkillərini aşkar ediblər. Mütəxəssislər əlcəzairli qadının fərqində olmadan 35 il ərzində bu dölünü bədənində daşıdığını və eyni zamanda normal həyat sürdüyünü deyiblər.
Qeyd olunur ki, nadir xəstəlik olan litopediya dölün hamiləlik zamanı uşaqlıq yolunun içərisində ölməsi və orqanizmin yenidən sorulması üçün çox böyük olması ilə baş verir. Bu proses fetal toxumanın daşa çevrilməsinə səbəb olur ki, bu da ananın bədənini ölü fetal toxumanın səbəb olduğu potensial infeksiyadan qorumağa xidmət edir.
Doctors find 30-year-old 'stone baby' in womb of woman, 76, who had tummy pain
ABŞ-ın Klivlend şəhərindəki Universitet Xəstəxanası Tibb Mərkəzindən həkim Kim Qarçi qeyd edir ki, toxumaların kalsifikasiyası prosesi ananın infeksiyadan qorunmasına xidmət edir, lakin ölü döl uzun illər aşkar edilmədən qala bilər.
Xatırladaq ki, 2009-cu ildə 92 yaşlı çinli qadın Huang Yijun yarım əsrdən çox gəzdirdiyi daş uşağı çıxarmaq üçün əməliyyat olunub. 2013-cü ildə Kolumbiyadan olan yaşlı qadının bədənində təxminən 40 ildir ki, daş körpəsi olduğu aşkarlanıb.
Doctors find 30-year-old 'stone baby' in womb of woman, 76, who had tummy pain

Oxşar xəbərlər