Rusiyanın Ukraynadakı itkiləri 370 min nəfərə çatır
13-01-2024, 14:07
1 681

Rusiyanın Ukraynadakı itkiləri 370 min nəfərə çatır

Son 24 saat ərzində, yanvarın 12-də ukraynalı müdafiəçilər daha 700 rus işğalçısını məhv ediblər. 
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib. 
Məlumata görə, müharibə başlayandan bəri Rusiya şəxsi heyətinin ümumi itkiləri artıq 369 160 nəfərə çatıb. 
Müharibə başlayandan bəru Rusiya tərəfi 6065 ədəd tank, 11269 ədəd zirehli döyüş maşını, 8728 ədəd artilleriya sistemi, 646 ədəd hava hücumundan müdafiə sistemi, 6848 ədəd əməliyyat-taktiki səviyyəli PUA itirib. 
Bundan başqa Rusiyanın 11632 ədəd avtomobil texnikası və tankeri, 1345 ədəd xüsusi texnikası da məhv edilib. 
Müharibənin əvvəlindən bəri ukraynalı hərbçilər rusların 957 ədəd raket yaylımı atəşi sistemini, 329 ədəd təyyarəsini, 324 ədəd helikopterini, 1806 ədəd qanadlı raketini, 23 ədəd gəmi/qayığını və 1 ədəd sualtı qayığını sıradan çıxarıb. 
“Yanvarın 13-də məlum olub ki, müvəqqəti işğal olunmuş Luqanskdan Belqorod vilayətinin Çernyanka, Valuyki və Rovenki yaşayış məntəqələrinə ağır yaralı 300-dən çox işğalçı gedib. Belqorodda son dərəcə ağır xəsarət almış 250-yə yaxın rusiyalı hərbçi var. 150-yə yaxın hərbi qulluqçu Moskva və Kalininqrada göndərilib, ixtisaslı həkimlərin olmaması səbəbindən cəbhə xəstəxanalarında onlara kömək etmək mümkün olmayıb”, – deyə Ukrayna tərəfi bildirib. 

Oxşar xəbərlər