Türkiyə ordusunun İraqın və Suriyanın şimalında öldürdüyü terrorçuların sayı 23-ə çatıb - YENİLƏNİB
13-01-2024, 15:25
440 304

Türkiyə ordusunun İraqın və Suriyanın şimalında öldürdüyü terrorçuların sayı 23-ə çatıb - YENİLƏNİB

Türkiyə ordusunun İraqın və Suriyanın şimalında zərərsizləşdirdiyi terrorçuların sayı 23-ə çatıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ərazidə əməliyyat davam edir.
11:39
Türkiyə ordusu İraqın və Suriyanın şimalında 20 terrorçu öldürüb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hədəflərə həm qurudan, həm də havadan zərbələr endirilib.
Məlumata görə, ərazidə əməliyyat davam edir.
Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

Oxşar xəbərlər