Bu ölkəni sadəcə 3 saata gəzib qurtara bilərsiniz
15-04-2020, 09:01
958

Bu ölkəni sadəcə 3 saata gəzib qurtara bilərsiniz

Bir ölkəni bir neçə saata qarış-qarış gəzib başa vurmaq olarmı?
Bu, bəlkə elə də mümkünsüz iş deyil. Əgər Söhbət Lixtenşteyn kimi ölkələrdən gedirsə…

Avropanın tam ortasında – İsveçrə ilə Avstriyanın arasında yerləşən Lixtenşteyn dünyanın ən kiçik ölkələrindən biridir. Ancaq bu ölkə, eyni zamanda, həm də dünyanın ən varlı ölkələrindəndir.
Adı ingiliscədən tərcümədə parlaq (light) və daş (stone) sözlərindən götürülüb. Ölkənin ərazisi 160 kvadrat kilometrdir.

Lixtenşteynə necə getmək olar?
Şengen zonasına daxil olduğu üçün bu ölkəyə getməyə görə xüsusi viza tələb olunmur. Almaniyaya uçduqdan sonra cəmi 2 saat ərzində Lixtenşteynin ərazisində ola bilərsiniz. İsveçrə ilə Lixtenşteyn arasında gömrük əməkdaşlığı razılaşması olduğu üçün buradan da rahat giriş edə bilərsiniz.

Ölkə əhalisinin sayı 35 min nəfərdir. Onların 14%-i şəhərdə yaşayır. Əksər hissəsi isə kəndlərdə ömür sürür. Təhsil səviyyəsi 100%-dir. Əhalinin ortalama ömrü qadınlarda 84, kişilərdə 79-dur.
Paytaxtı Vadus şəhəridir. Paytaxtda 5 min insan yaşayır. Şəhər ətrafı dağlarla çevrələnmiş vadidə salınıb. Burada ölkəni idarə edən şahzadənin qalası, parlament binası və digər idarəçilik mərkəzləri var. Vadus dünyanın ən kiçik paytaxt şəhərlərindən biridir. Ölkədə hər 3 nəfərdən birinə 1 qəzet düşür. Rəsmi dil almancadır.

Avropanın tam mərkəzində yerləşməsinə baxmayaraq, Lixtenşteyn II Dünya Müharibəsində tərəfsizliyini qorumağı bacarıb. Qonşusu İsveçrə kimi güclü bank sektoruna malikdir.

Lixtenşteyn ən çox təbiətinin gözəlliyi ilə diqqət çəkir. Ölkənin bir ucundan digərinə 3 saata getmək mümkündür.Paytaxtdakı bir neçə prospektdən savayı, bu ölkədə sıxlığa rast gələ bilməzsiniz. Buna görə də dünyanın ən hüzurlu ölkələrindən biridir.

Hazırda şahzadə Aloisin idarə etdiyi hökumətdə qadınlara səs vermək haqqı 1984-cü ildə tanınıb.

Oxşar xəbərlər