“Mercedes“ dərəyə aşdı, sərnişin öldü
13-01-2021, 18:18
207

“Mercedes“ dərəyə aşdı, sərnişin öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayonun Daşüz kəndi ərazisində Qax rayon sakini R.Məcidovun idarə etdiyi "Mercedes" markalı avtomobil körpüdən dərəyə aşıb. Nəticədə sürücünün qardaşı Kənan Məcidov hadisə yerində ölüb, özü və digər dörd sərnişini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər