Ağdaşda "Mercedes"lə "VAZ" toqquşdu - Ölənlər var
8-02-2021, 12:41
179

Ağdaşda "Mercedes"lə "VAZ" toqquşdu - Ölənlər var

Daxili İşlər Nazirliyi (DİN) Ağdaş rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, fevralın 6-da saat 23 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində İ.Səbirlinin idarə etdiyi “Mercedes” və S.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Nəticədə S.Əhmədov və sərnişinləri olan qızı və anası hadisə yerində ölüblər.
Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər