Bakıda yanğın oldu, ölən var
9-02-2021, 16:53
180

Bakıda yanğın oldu, ölən var

Fevralın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
FHN-dən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılması və bitişik evlərə keçməsinin qarşısı alınıb.
Yanğın yerinin kəşfiyyatı zamanı yataq xəstəsi olduğu ehtimal edilən bir nəfərin meyiti aşkar olunub.
Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər