Bakıda qadın parkda qarət edildi
12-02-2021, 13:56
153

Bakıda qadın parkda qarət edildi

Bakıda parkda qadından oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də saat 13 radələrində rayon ərazisindəki parkların birində Bakı şəhər sakini L.Cəfərovanın içərisində 800 manat, 400 ABŞ dolları və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Ramazanlı saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər