Avtoxuliqanlıq edən şəxs saxlanıldı
15-02-2021, 12:42
215

Avtoxuliqanlıq edən şəxs saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildiriblər ki, sürücülük hüququ olmadan yol hərəkəti qaydalarını kobud surətdə pozduğu üçün əvvəllər də inzibati qaydada həbs edilən rayon sakini Tural Hüseynov idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.
Həmin şəxs barəsində Şəmkir Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

Oxşar xəbərlər