Bakıda qadını döyüb pulunu əlindən aldılar
5-03-2021, 14:23
144

Bakıda qadını döyüb pulunu əlindən aldılar

Bakıda qadına qarşı soyğunçuluq edilib.
DİN mətbuat xidmətindən verilən xəbərə görə, martın 3-də Bakı şəhər sakini N.Mahmudovaya zor tətbiq edilərək içərisində 220 manat pul, bank kartı və mobil telefon olan sellofan paketi soyğunçuluq yolu ilə talanıb.
Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Manafov saxlanılıb.

Oxşar xəbərlər