Hadisə
12-08-2020, 17:06
285
Belarusdakı kütləvi iğtişaşların koordinatorları saxlanıldı
Çərşənbə günü Minskdə Belarusdakı kütləvi etiraz aksiyalarının koordinatorları saxlanılıb.
Bakitv.az bildirir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Bildirilir ki, saxlanılanlardan biri tabeliyində olan 3 nəfərin hərəkətlərini istiqamətləndirib. Onlar isə öz növbələrində yüzlərlə şəxsi aksiyaya yönəldiblər.
Adı açıqlanmayan şübhəli aksiyaları "Belarus" otelinin 17-ci mərtəbəsindəki otağından idarə edib.
Əməliyyatla bağlı əlavə məlumat verilməyib.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 26 ildən artıqdır ki, ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenko seçkidə böyük fərqlə qələbə qazanıb
Onu da qeyd edək ki, DİN-in məlumatına görə, milislə toqquşmalar nəticəsində artıq 3 minə yaxın insan saxlanılıb, iğtişaşlarda onlarla asayiş keşikçisi və nümayişçi xəsarət alıb.