Asrtara sakini Cəlilabadda mikroavtobus aşırdı - Ölən və yaralanan var
15-03-2021, 13:24
221

Asrtara sakini Cəlilabadda mikroavtobus aşırdı - Ölən və yaralanan var

Martın 13-də saat 6 radələrində Cəlilabad rayonunun Günəşli kəndi ərazisində Astara rayon sakini F.Əzimov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu aşırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, avtomobildəki sərnişinlərdən biri – N.Süleymanov hadisə yerində ölüb, digər iki sərnişin xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər