Şahbuzda “Hyundai” iki piyadanı vurdu
27-03-2021, 12:38
151

Şahbuzda “Hyundai” iki piyadanı vurdu

Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 26-da saat 1 radələrində Şahbuz rayonunun Daylaqlı kəndi ərazisində qeydə alınıb.
Babək rayon sakini Ü.Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə Şahbuz şəhər sakini E.Salmanzadəni və Daylaqlı kənd sakini S.Bəşirlini vurub.
Nəticədə E.Salmanzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada xəstəxanaya yerləşdirilib.
Şahbuz RPŞ tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər