Gəncədə faciə: Fiziki məhdudiyyətli qadın yanaraq öldü
1-04-2021, 11:25
144

Gəncədə faciə: Fiziki məhdudiyyətli qadın yanaraq öldü

Gəncədə baş vermiş yanğında bir nəfər dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1951-ci il təvəllüdlü, fiziki qüsurlu və yataq xəstəsi olan Hacıyeva Mayisə evdə yanaraq ölüb. 
M.Hacıyevanın tək yaşadığı bildirilib. Hadisənin qazla işləyən sobadan kənara çıxan qığılcımlardan yarandığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər