Sumqayıtda quldurluq edənlər tutulub
8-04-2021, 18:16
260

Sumqayıtda quldurluq edənlər tutulub

Sumqayıt şəhərində quldurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət edən Kimyaçılar qəsəbə sakini A.Əsgərov aprelin 7-də qəsəbə ərazisində 2 nəfərin onu döyüb mobil telefonunu aldıqlarını bildirib.
Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qasımov və A.Səlimli polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Faktla bağlı şəhər polis idarəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər