Xaçmaz polisi bir yük avtomobili həcmində narkotik tərkibli çətənə bitkiləri aşkarladı
17-08-2020, 11:38
300

Xaçmaz polisi bir yük avtomobili həcmində narkotik tərkibli çətənə bitkiləri aşkarladı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində böyük həcmdə narkotik maddə dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərinin kultivasiyası və satışı ilə məşğul olan rayon sakini Ceyhun Cəbrayılovun yaşadığı ünvana baxış keçirilib.
Keçirilən baxış zamanı C.Cəbrayılovun yaşadığı evdən satış məqsədi ilə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, həyətindən xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi hündürlüyü 80-280 sm arası olan 361 ədəd çətənə kolları aşkarlanıb. Aşkarlanan narkotik maddələr və çətənə bitkiləri qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı C.Cəbrayılov törədiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Oxşar xəbərlər