Bakıda ana və körpəsini maşın vurdu, körpə öldü
16-04-2021, 10:23
134

Bakıda ana və körpəsini maşın vurdu, körpə öldü

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Ramana qəsəbəsində baş verib.
Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb./APA

Oxşar xəbərlər