Bakıda zəncirvari qəza: tıxac yarandı - FOTOLAR
17-04-2021, 10:27
140

Bakıda zəncirvari qəza: tıxac yarandı - FOTOLAR

Bakıda üç avtomobil toqquşub.
Report xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Qəza zamanı "Mercedes", "Lada" və "Opel" markalı avtomobillər toqquşub. Toqquşma zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları gəlib və fakt araşdırılır.
Qəza nəticəsində həmin ərazidə tıxac yaranıb.

Oxşar xəbərlər