Sərxoş kişi ayaq barmağını kəsdi
17-04-2021, 13:20
187

Sərxoş kişi ayaq barmağını kəsdi

Hacıqabul rayonunda yerli sakini özünə xəsarət yetirib.
“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qızılburun kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini, 1983-cü il təvəllüdlü Abdullayev Cavid Niyətulla oğlu sərxoş vəziyyətdə ayaq barmağını kəsərək atıb. O, xəstəxanaya yerləşdirilib.
C. Abdullayevin psixi problemləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər