Bakıda fəhləni maşın vurub öldürdü
23-04-2021, 10:22
163

Bakıda fəhləni maşın vurub öldürdü

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.
 APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
Belə ki, Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünün yuyan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşı Nizami Məmmədovu vurub. 
Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.  
Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nin əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər