Bakıda “BMW” və “VAZ” toqquşdu - 2 nəfər həlak oldu
23-04-2021, 10:53
220

Bakıda “BMW” və “VAZ” toqquşdu - 2 nəfər həlak oldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda “BMW” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
FHN-in saytı xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər