Hadisə
23-04-2021, 23:00
215
DSX-nın qarşısında avtomobil yandı - VİDEO
Ötən gecə saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin aparatının inzibati binasının qarşısında “Opel” markalı 90 RB 178 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mühərrik hissəsində yanğın baş verib.
Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusu və ərazidəki polis əməkdaşları çevik müdaxilə edərək yanğınsöndürmə balonları vasitəsilə saat 23:16-da yanğının söndürülməsinə nail olublar.
Hadisə zamanı xəsarət alan olmayıb.