Bakıda tibbi maska taxıb evə basqın etdilər
27-04-2021, 13:30
190

Bakıda tibbi maska taxıb evə basqın etdilər

Bakıda evə basqın olub.
Nizami rayonunda S.Səfərovanın yaşadığı mənzilə tibbi maska taxmış üç nəfər aldatma yolu ilə daxil olub.
Naməlum şəxslərin ikisi kişi, biri isə qadın imiş.
Onlar S.Səfərovanı döyərək hədələyib, onun evindəki qızıl-zinət əşyalarını aparıblar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.

Oxşar xəbərlər