Arvadını öldürmək istəyən şəxs həbsxanada intihar etdi
27-04-2021, 13:33
159

Arvadını öldürmək istəyən şəxs həbsxanada intihar etdi

Azərbaycanda cəzaçəkmə müəssisələrinin birində intihar hadisəsi olub.
Hadisə Bakıda yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada saxlanılan məhkum, 37 yaşlı Hüseynov Zaur Zahir oğlu özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Z.Hüseynov 2018-ci ildə sərxoş vəziyyətdə keçmiş arvadını döyüb, daha sonra isə bıçaqlayıb.
Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub. Məhkəmənin hökmü ilə Z.Hüseynov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Oxşar xəbərlər