Ceyranbatanda sərnişin avtobusu qəzaya düşdü
28-04-2021, 18:00
189

Ceyranbatanda sərnişin avtobusu qəzaya düşdü

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə marşrut avtobusunun yolun kənarında saxlayıb sərnişin düşürdüyü zaman qeydə alınıb.
Belə ki, arxadan gələn “Ford” markalı avtomobil avtobusa çarpılıb.
Qəza nəticədə avtobusa ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər