Bakıda kriminal aləmin 100-ə yaxın nümayəndəsi saxlanılıb
18-08-2020, 14:45
197

Bakıda kriminal aləmin 100-ə yaxın nümayəndəsi saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranların birində tolpantı keçirən kriminal aləmin nümayəndələrinə qarşı əməliyyat keçirib.
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Gecə saatlarında əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.
Qeyd edək ki, əməliyyat barədə ilk məlumatı “Qafqazinfo” yayıb.

Oxşar xəbərlər