Hadisə
2-05-2021, 11:09
189
Eltilər dava etdi, qan töküldü
Bakıda 40 yaşlı qadın ailə münaqişəsi zamanı xəsarət alıb.
Hadisə Nəsimi rayonunda baş verib.
Belə ki, yaralı, 1981-ci il təvəllüdlü Sevinc Mirzəyeva təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun sağ bazu nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralının dediyinə görə, ona qayını arvadı mübahisə zəminində şüşə parçası ilə xəsarət yetirib. (Report)
Hadisənin təfərrüatı araşdırılır.