Novxanıda piyadanı maşınla vuran sürücü tutuldu
10-05-2021, 14:39
193

Novxanıda piyadanı maşınla vuran sürücü tutuldu

Mayın 7-də saat 22 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səadət Xəlilova vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini E.İsazadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər