Balakəndə at qəzaya səbəb oldu - VİDEO
12-05-2021, 12:12
178

Balakəndə at qəzaya səbəb oldu - VİDEO

Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Baku TV xəbər verir ki, hadisə rayonun Katex kəndində qeydə alınıb.
Zaqatala rayon sakini Rəvan Əhməyev idarə etdiyi “VAZ-21099” markalı avtomobili ilə hərəkətdə olarkən qəfil qarşısına at çıxıb. Bu zaman sürücü sükana nəzarəti itirərək idarə etdiyi maşını çaya aşırıb.
Nəticədə sürücü də daxil olmaqla avtomobildə olan sərnişinlər; 54 yaşlı İmran Nəcəfov, 51 yaşlı Fərman Priyev və 31 yaşlı Mərdan Priyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sürücü R.Əhməyevin həyatını xilas etmək mümkün olmayıb. 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər