Ağdaşda avtomobil aşdı, bir ailənin üç üzvü xəsarət aldı
12-05-2021, 18:43
193

Ağdaşda avtomobil aşdı, bir ailənin üç üzvü xəsarət aldı

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon ərazisində keçən hissəsində avtomobil qəzası olub.
"Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 3-ü müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, avtomobildə olanlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər