Hadisə
18-05-2021, 12:43
173
Azərbaycanda ağır yol qəzası - 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Hacıqabulda ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.
"Mercedes ATEKO" markalı yük avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə avtomobildə olan sərnişin Tovuz rayonunun Əyyublu kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yahya oğlu hadisə yerində ölüb, Tovuz rayonunun Əyyublu kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı, 1953-cü il təvəllüdlü Hacıyev Vaqif Yahya oğlu və sürücü 1995-ci il təvəllüdlü Huseynov Elşən Fazil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.