Gəncədə evdə partlayış olub: Xəsarət alan var
20-05-2021, 13:58
167

Gəncədə evdə partlayış olub: Xəsarət alan var

Gəncə şəhərində evdə partlayış olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Belə ki, yerli sakin olan qadının mənzilində suqızdırıcı partlayıb. Nəticədə o, yanıq xəsarətləri alıb.
Qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər