Bakıda ağır qəza: Dörd nəfər xəsarət alıb
24-05-2021, 14:46
166

Bakıda ağır qəza: Dörd nəfər xəsarət alıb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, qəza Abşeron rayonu Masazır qəsəbəsi Masazır-Novxanı yolunda qeydə alınıb. İki LADA markalı, 15-BV-216 və 99-VK-812 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
 
Avtomobilin deformasiyaya uğramış salonundan şəxsləri çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Avtomobildən çıxarılan sürücü və sərnişin aidiyyəti üzrə təhvil verilib.
 
 

 

 

 

 


Oxşar xəbərlər