Polis əməliyyat keçirdi - “Krıtı Elmar” tutuldu - FOTO
25-05-2021, 12:20
150

Polis əməliyyat keçirdi - “Krıtı Elmar” tutuldu - FOTO

Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutuldu.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan rayon sakini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Elmar Abdullayevin üzərindən dörd bükümdə narkotik vasitə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq “Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər