“Mercedes”dən pul oğurlayıb özünə “Nissan” aldı
25-05-2021, 13:35
160

“Mercedes”dən pul oğurlayıb özünə “Nissan” aldı

Fevralın 26-da Şəki şəhəri ərazisində fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlərdən birinə məxsus “Mercedes” markalı avtomobildən 14072 manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyi bildirir ki, Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmin cəmiyyətin işçisi F.Əliyev saxlanılıb.
Ondan həmin pulla aldığı “Nissan” markalı avtomobil maddi sübut kimi götürülüb.

Oxşar xəbərlər