Hadisə
21-08-2020, 13:25
354
Abşeronda ağır qəza - İki azyaşlıdan biri öldü
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bakıtv.az-a verilən məlumata görə, hadisə avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub.
Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilsə də, Rüstəm orada vəfat edib.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.