BƏDBƏXT HADİSƏ: İki uşağı elektrik cərəyanı vurdu - Ölən var
14-06-2021, 10:58
166

BƏDBƏXT HADİSƏ: İki uşağı elektrik cərəyanı vurdu - Ölən var

Qubada bədbəxt hadisə baş verib.
Hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri, 12 yaşlı Polad Fərhad oğlu Poladov və 13 yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar. Nəticədə Polad Fərhadov yerindəcə ölüb. U.Bayramov isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu deyilir.
Faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər