Polis əməliyyat keçirdi: 6 tondan artıq çətənə kolu məhv edildi
14-06-2021, 14:13
217

Polis əməliyyat keçirdi: 6 tondan artıq çətənə kolu məhv edildi

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qazax RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış nəticəsində Daş Salahlı kəndi ərazisində yabanı halda bitmiş 2,5 tona yaxın çəkidə 6 997 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.  
Yardımlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitmiş 1,5 tona yaxın çəkidə 10 247 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış nəticəsində Eyvazalılar kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2,1 tondan artıq olan 3 170 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Oxşar xəbərlər