Hadisə
25-06-2021, 10:32
142
Goranboyda yanğın: 4 nəfər reanimasiyaya yerləşdirildi
Goranboyda baş verən yanğın nəticəsində dörd nəfər tüstüdən zəhərlənib.
Hadisə axşam saatlarında Səfikürd kəndində baş verib.
Ot tayasından başlayan yanğın FHN-in yanğından mühafizə xidməti tərəfindən söndürülərək, onun daha da böyüməsinə imkan verilməyib.
Yanğın nəticəsində dörd kənd sakini - 1994-cü il təvəllüdlü Elməddin İsmayılov, 1997-ci il təvəllüdlü Füzuli Hüseynov, 1990-cı il təvəllüdlü Pənah Qasımov və 1997-ci il təvəllüdlü Fərman Aslanov xəstəxanaya çatdırılıb. Vəziyyəti nisbətən ağır olan P.Qasımov reanimasiya şöbəsinə yerləşdirilib./APA