25 yaşlı gənc Xəzərdə batdı
26-06-2021, 20:02
141

25 yaşlı gənc Xəzərdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin xəbərinə görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Cahangirov Kamil Hafiz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər