Azərbaycanlı gənc Moskvada çayda boğulub
28-06-2021, 12:03
144

Azərbaycanlı gənc Moskvada çayda boğulub

Şəki rayon sakini Rusiyada suda boğulub.
 APA xəbər verir ki, hadisə Moskva şəhərində qeydə alınıb.
Şəki rayonu Qoxmuq kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Natiq oğlu Abdullazadə bir neçə gün əvvəl Rusiya Fedarasiyasının paytaxtı Moskva şəhəri ərazisində çayda çimərkən boğularaq ölüb.
V. Abdullazadənin yaxınlarının verdiyi məlumata görə, hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.

Oxşar xəbərlər