Dənizdə boğulan 5 nəfər son anda xilas edildi
28-06-2021, 14:36
162

Dənizdə boğulan 5 nəfər son anda xilas edildi

Ötən gün intihara cəhd edən 1 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 118 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 9 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər və intihara cəhd edən 1 nəfər xilas edilib.

Oxşar xəbərlər