Qaxda təmir sexində "VAZ" yandı
28-06-2021, 18:46
188

Qaxda təmir sexində "VAZ" yandı

Qax rayonunda ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
 Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı verdiyi xəbərə görə, bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər