İsmayıllıda "Mercedes"lə "Ford" toqquşdu
24-08-2020, 15:29
290

İsmayıllıda "Mercedes"lə "Ford" toqquşdu

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Basqal qəsəbəsində "Mercedes" və "Ford" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Bakıtv.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər