Bakıda daha iki narkotacir saxlanıldı
30-06-2021, 13:57
357

Bakıda daha iki narkotacir saxlanıldı

Bakıda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - Bakı şəhər sakinləri S.Daşdəmirli və əvvəllər məhkum olunmuş A.Naqornı Nəsimi rayonu ərazisində saxlanılıblar.
Şəxsi axtarış zamanı A.Naqornıdan metamfetamin, 10 ədəd ekstazi, 364 ədəd preqabalin həbləri,  S.Daşdəmirlidən isə 13 qramdan artıq marixuana, 5 qrama yaxın bonzay, 19 ədəd ekstazi, 84 ədəd preqabalin, 1 ədəd elektron tərəzi və 1 ədəd bank kartı aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə S.Daşdəmirlinin yaşadığı Nəsimi rayonu ərazisindəki mənzilə baxış zamanı oradan əlavə olaraq 14 qrama yaxın metamfetamin, 8 qrama yaxın bonzay, 37 ədəd ekstazi, 781 ədəd preqabalin həbləri və 1 ədəd elektron tərəzi götürülüb.

Oxşar xəbərlər