Ağsu və Ağcabədidə yanğın baş verdi
1-07-2021, 15:14
177

Ağsu və Ağcabədidə yanğın baş verdi

Ağcabədi rayonunun Rəncbərlər kəndində ümumi sahəsi 90 m² olan tikintisi başa çatmayan birmərtəbəli 3 otaqlı evin (2 otağında yaşayış var) 2 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.
FHN xəbər verir ki, evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağsu rayonunun Göydəlləkli kəndində isə açıq ərazidə 20 ha sahədə kol-kos və qamışlıq yanıb. Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər