Bakıda kişini maşın vurub öldürdü
2-07-2021, 16:01
471

Bakıda kişini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 2-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Elşən İsgəndərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər