Astarada 66 yaşlı kişi dənizdə boğulub
2-07-2021, 21:13
176

Astarada 66 yaşlı kişi dənizdə boğulub

Astarada 66 yaşlı kişi dənizdə boğularaq ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astaranın çimərlik ərazilərindən birində qeydə alınıb. Rayonun Şiyəkəran kənd sakini, 1955-ci il təvəllüdlü Vətən Ağadadaş oğlu Məcidov Xəzər dənizində batıb. Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakıda yaşayan V.Məcidov yaxın qohumlarından birinin dəfnində iştirak etmək üçün rayona gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər