“Lotu Quli”nin ölümündə təqsirləndirilən 4 nəfər saxlanıldı - VİDEO
2-07-2021, 17:47
147

“Lotu Quli”nin ölümündə təqsirləndirilən 4 nəfər saxlanıldı - VİDEO

İstanbul polisinin bu gün həyata keçirdiyi əməliyyat nəticəsində “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifiovun qətli ilə əlaqəsi olan 4 nəfər həbs edilib.
Türkiyə mətbuatı xəbər verir ki, əməliyyat eyni vaxtda 4 bölgədə - İstanbul, İzmir, Ərzurum və Kocaelidə həyata keçirilib.
Əməliyyat İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi tərəfindən aparılıb. Polis əməliyyat vaxtı N. A, C. K, E. A, M. Y adlı şəxsləri saxlayıb. Sözügedən qruplaşmanın liderinin N. C adlı şəxs olduğu vurğulanıb.
Qeyd edək ki, “Lotu Quli” ötən il Antaliyadakı otellərdən birində “Xan Bakinski” adıyla tanınan Xaqan Əhmədov tərəfindən güllələnib. “Xan Bakinski” ləqəbli şəxs və sürücüsü Əmir Həmidli əvvəlcə hadisə yerindən qaçmağa nail olsa da, sonradan həbs ediliblər.

Oxşar xəbərlər